Ezonn Xəbər

Peyvənd vurdurmamaq doğrudurmu? – Həkim açıqladı

Peyvənd vurdurmamaq doğrudurmu? – Həkim açıqladı
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Son zamanlarda sosial şəbəkələrdə uşaqların peyvənd olunmasına qarşı çağırışların artması valideynlərdə ciddi narahatlığa yol açır. Bəzi valideynlər, vaksinlərin təhlükəsi və xəstəlik törətməsi barədə yayılan məlumatlar səbəbindən uşaqlarını peyvənd etdirməkdən imtina edirlər. Ancaq pediatr Elşən Tağıyev bildirib ki, peyvənd immun sistemini xəstəlik törədicisini tanımağa və müdafiə yaratmağa öyrədir. Həkim qeyd edir ki, son 50 ildə peyvəndlər 154 milyon insanın həyatını xilas edib, bu isə hər il milyonlarla insanın ölümünün qarşısını alır. Peyvəndlər qızılca, poliomielit, difteriya, göy öskürək, tetanus, hepatit B və pnevmokok infeksiyası kimi təhlükəli xəstəliklərdən qorumağa kömək edir. Tağıyev, peyvəndlərin yan təsirləri ola biləcəyini də vurğulayıb. Ən çox rast gəlinən reaksiyalar arasında iynə yerində ağrı, yüngül hərarət və qısamüddətli narahatlıq var. Ağır allergik reaksiyalar nadir hallarda baş verir və bunun səbəb-nəticə əlaqəsi tibbi araşdırmalarla təsdiqlənməlidir. Bununla yanaşı, həkim autizm məsələsinə də toxunub. Onun sözlərinə görə, elmi tədqiqatlar peyvəndlə autizm arasında əlaqəni aşkar etməyib. 2025-ci ildə ÜST-ün yayımlayacağı məlumatda da tiomersal və alüminium tərkibli adjuvantların autizmə səbəb olması ilə bağlı hər hansı elmi sübut olduğu vurğulanmışdır. Peyvənd olunmamış uşaqlar qızılca, göy öskürək, poliomielit kimi infeksiyalara qarşı müdafiəsiz qalır. Bu xəstəliklər pnevmoniya, ensefalit və hətta ölümə səbəb ola bilər. Uşaqların peyvəndlənməsi yalnız onların sağlamlığını deyil, eyni zamanda immun sistemi zəif olan digər insanları da qorumaq üçün vacibdir. Həmçinin, peyvəndləmə milli immunizasiya təqviminə uyğun aparılır. Valideynlərdən sosial şəbəkələrdə yayılan qorxuducu videolara etibar etməmələri xahiş olunur. Uşaqların sağlamlığını qorumaq üçün elmi sübutlara əsaslanmaq lazımdır.