Ezonn Xəbər

Xankəndi şəhər stadionunda ilk rəsmi oyun keçiriləcək

Xankəndi şəhər stadionunda ilk rəsmi oyun keçiriləcək
Ezonn TV «Report» mənbəsinə istinadən xəbər verir. Bu gün Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi oyun keçiriləcək. Bu qarşılaşma, I Liqanın "Xankəndi" - "Karvan-Yevlax" komandaları arasında baş tutacaq. Məlumata görə, VIII turun görüşü baş hakim Kamranbəy Rəhimov tərəfindən idarə olunacaq. Hal-hazırda Yevlax komandası turnir cədvəlində 13 xalla dördüncü yerdə, Xankəndi isə 6 xalla yeddinci sırada yer alır. Xankəndi stadionu, əsaslı yenidənqurmadan sonra açılışını noyabrın 7-də həyata keçirib. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edərək, stadionun əhəmiyyətini vurğulamışdı.