BEA: Orta Şərqdəki böhran qlobal enerji bazarının strukturunu dəyişə bilər

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Beynəlxalq Enerji Agentliyinin (BEA) “World Energy Outlook 2026” hesabatına görə, Orta Şərqdəki davam edən münaqişə və Hörmüz boğazında yaranan gəmiləşmə çətinlikləri, mütləq şəkildə enerji təhlükəsizliyini gündəmə gətirərək ölkələrin enerji strategiyalarını təkrar düşünməyə məcbur edir. Enerji təchizatı mənbələrinin, marşrutlarının və texnologiyaların şaxələndirilməsi, dövlətlərin yeni enerji siyasətlərinin əsas prioritetlərinə çevrilə bilər.
Hesabatda vurğulanır ki, Hörmüz boğazında uzun müddətli risklər, yeni alternativ boru kəmərlərinə sərmayələrin artırılmasına, idxalçı ölkələrin tələbatlarının azaldılmasına və alternatif təchizat mənbələrinə yönəlməyə səbəb ola bilər. Bu ssenaridə neft axınlarının həcminin ciddi şəkildə azalacağı proqnozlaşdırılır.
BEA-nın qiymətləndirmələrinə görə, müasir dövrdə gündəlik neft axını 20 milyon barel təşkil edirsə, bu göstəricinin 2030-cu ilə qədər 8,5 milyon barelə, 2035-ci ilə isə 2 milyon bareldən aşağı enməsi mümkündür. Lakin qeyri-müəyyənliklərə baxmayaraq, Yaxın Şərq beynəlxalq bazarlarda ən iri neft ixracatçısı olaraq qalacaq.
Hesabatda həmçinin qeyd olunur ki, Orta Şərqdəki münaqişələrinin həll olunması halında, bazarda neft və təbii qaz üzrə müsbət tendensiyalar yarana bilər. Bu vəziyyətdə gecikmiş mayeləşdirilmiş təbii qaz tədarükünün artması nəticəsində qlobal enerji təklifi əhəmiyyətli dərəcədə artacaq. Bu isə alıcı bazarının formalaşmasına və qiymətlərin azalmasına səbəb ola bilər.