Dəhşətli qəzada ölənlər tanınmış aşığın oğlu və nəvələri imiş — Foto

Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir.
Dünən axşam saatlarında Qazaxın Aslanbəyli kəndində baş verən dəhşətli qəza nəticəsində 4 nəfərin həyatını itirdiyi bildirilib. Həlak olanların tanınmış aşıq Hüsən Şəmistanoğlunun ailə üzvləri olduğu məlum olub.
Qəzada “Tofaş” markalı avtomobilin “Opel” markalı avtomobillə toqquşması nəticəsində 37 yaşlı Sənan Dərgahquliyev həlak olub. Sənan Dərgahquliyev, aşıq Hüsən Şəmistanoğlunun oğludur. Qəza zamanı, Sənanın 8 yaşlı qızı Güllər və 2018-ci il təvəllüdlü bacısı oğlu Məhəmməd də həyatını itirib.
Daha bir izahata görə, Sənanın həyat yoldaşı olan 30 yaşlı Türkan Dərgahquliyeva ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Eyni zamanda, digər avtomobilin sürücüsü İttifaq Müsəddirov da hadisə yerində həlak olub. Faktla bağlı cinayət işi başlanıb və araşdırmalar davam etdirilir.