Səbinə Əliyeva COP31-də Beynəlxalq Dialoq və Əməkdaşlıq Platformasının yaradılmasını təklif edib

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Türkiyənin Antalya şəhərində baş tutan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində Beynəlxalq Dialoq və Əməkdaşlıq Platformasının yaradılması təklifini irəli sürüb.
Tədbir zamanı S. Əliyeva iqlim dəyişikliyinin insan hüquqlarına təsirini və sağlam ətraf mühit hüququnun təmin olunmasında milli insan hüquqları təsisatlarının rolunu vurğulayıb. O, Ermənistanın işğal dövründə Azərbaycan ərazilərinə verdiyi ekoloji zərərlərə də toxunaraq, bu əməllərin insanların həyatına ciddi təhdidlər yaratdığını bildirib.
Ombudsman, Ermənistan ərazisində yerləşən Metsamor Atom Elektrik Stansiyasının, ekoloji və radioloji təhlükələrinə dair narahatlığını ifadə edərək, bu məsələnin regionda ciddi diqqət tələb etdiyini qeyd edib. Eyni zamanda, mina təhlükəsinin hələ də mövcud olduğunu, işğaldan azad edilmiş ərazilərdə minaların insanların həyatı üçün real təhlükə yaratdığını bildirib.
Səbinə Əliyeva, son iki ildə minaların qurbanı olan 420-dən çox insana diqqət çəkərək, minatəmizləmə fəaliyyətlərinə beynəlxalq dəstəyin artırılmasının zəruriliyini vurğulayıb. O, COP29-da keçirilmiş Ombudsmanların Beynəlxalq Forumunun əhəmiyyətini də qeyd edərək, iqlim dəyişmələri və insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə platformanın yaradılmasını önəmli hesab edib.