Ezonn Xəbər

Məleykə Abbaszadə kimdir? – BDU-nun yeni rektorunun DOSYESİ

Məleykə Abbaszadə kimdir? – BDU-nun yeni rektorunun DOSYESİ
Ezonn TV «Sfera.az» mənbəsinə istinadən xəbər verir. Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin olunub. Bundan əvvəl, o, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsində çalışırdı. Məleykə Abbaszadə 23 fevral 1953-cü ildə Bakıda doğulub. 1975-ci ildən etibarən M.V. Lomonosov adına Moskva Dövlət Universitetini bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda baş laborant kimi fəaliyyətə başlayıb. 1987-1989-cu illərdə Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda informatikanın tədrisi ilə məşğul olan şöbəyə rəhbərlik edib. O, 1994-cü ildən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında müxtəlif vəzifələrdə çalışıb. Bu müddətdə, o, imtahan suallarının hazırlanması və test banklarının yaradılması proseslərini avtomatlaşdırmağı hədəfləyib. Həmçinin, “Abituriyent” jurnalının təsisçisi dədir. 2016-cı ildən Dövlət İmtahan Mərkəzinin sədridir. Məleykə Abbaszadə elmi fəaliyyətə də mühüm töhfələr verib; təxminən 60-a yaxın elmi məqalənin və iki dərs vəsaitinin müəllifidir. O, “Şöhrət” və “Şərəf” ordenləri ilə də təltif edilib, eləcə də iki övlad və beş nəvə sahibidir.