Ezonn Xəbər

Türkiyə ən azı 150 min dollar sərmayə yatıran əcnəbilərə üçillik yaşayış icazəsi verəcək

Türkiyə ən azı 150 min dollar sərmayə yatıran əcnəbilərə üçillik yaşayış icazəsi verəcək
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Türkiyə hakimiyyəti, ölkəyə sərmayə yatıraraq işləməyən əcnəbilərə üçillik yaşayış icazəsi verilməsi barədə qərar qəbul edib. Müvafiq qərar, dövlətin “Resmî Gazete” nəşrində dərc olunub. Yeni qaydalara əsasən, ən azı 150 min dollar və ya buna ekvivalent məbləğdə sərmayə yatıran əcnəbilər üç illik yaşayış icazəsi əldə edəcəklər. Əgər investisiya 200 min dollardan artıq olarsa, icazənin müddəti beş ilə qədər uzadıla bilər. İnvestisiya vəsaiti, Türkiyədə fəaliyyət göstərən banklarda depozit hesabına, fərdi pensiya sistemlərinə, dövlət istiqrazlarına, daşınmaz əmlak investisiya fondlarına və ya vençur kapitalı fondlarına qoyula bilər. İnvestisiya müddətinin azı yarısı ərzində saxlanılması tələb olunur. Həmçinin, sənədə əsasən, investorun əcnəbi həyat yoldaşı və yetkinlik yaşına çatmayan övladları da həmin yaşayış icazəsindən faydalana biləcəklər. Proseslərin həyata keçirilməsi qaydaları isə Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən müəyyənləşdiriləcək. Məlumatlara görə, bu yaşayış icazələri investisiya yolu ilə vətəndaşlığın alınmasını tənzimləmək məqsədini daşımır və müstəsna naturalizasiya hallarını əhatə etmir.