Ezonn Xəbər

Dəyişkən hava xəstəliklər kəskinləşə bilər – Həkim nələr deyir?

Dəyişkən hava xəstəliklər kəskinləşə bilər – Həkim nələr deyir?
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Son günlər havanın qeyri-sabit keçməsi və temperaturun qısa müddət ərzində ani dəyişikliklər göstərməsi insanlar arasında sağlamlıq problemləri ilə bağlı narahatlıqları artırıb. Mövsümə uyğun gəlməyən hava dəyişiklikləri, orqanizmin ətraf mühitə uyğunlaşmasını çətinləşdirərək, müxtəlif xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər. Həkim-terapevt Rasif Bağırovun verdiyi məlumata görə, temperaturun tez-tez yüksəlməsi və aşağı düşməsi sağlam insanlarda ciddi problemlər yaratmasa da, xroniki xəstələrdə narahatlıqlar meydana gətirir. Bu cür dəyişikliklər, xüsusilə adaptasiya qabiliyyətləri zəif olan insanlarda, sağlamlıq problemlərinin yaranmasına səbəb ola bilər. Məsələn, arterial təzyiq xəstələrində təzyiq artışı, ürək-damar xəstəliklərindən əziyyət çəkənlərdə isə müəyyən narahatlıqların ortaya çıxması müşahidə edilir. Havanın qəfil soyuqlaşması immun sistemi zəif olan insanlarda yuxarı tənəffüs yollarının xəstəliklərinin yaranmasına da səbəb ola bilər. Yəni, hava şəraitinin tez-tez dəyişməsi bütün xəstəliklərin kəskinləşməsini sürətləndirir. Həkim Rasif Bağırov, insanların gündəlik həyat tərzlərini hava temperaturuna uyğun tənzimləməyi tövsiyə edir. Belə bir yanaşma, narahatlıqların yaranma ehtimalını azaldacaq.