Ezonn Xəbər

Dünyada yeni türk dövləti yarana bilər: Mühüm açıqlama

Dünyada yeni türk dövləti yarana bilər: Mühüm açıqlama
Ezonn TV «Publika.az» mənbəsinə istinadən xəbər verir. Krım tatarlarının milli lideri Mustafa Əbdülcəmil Kırımoğlu, Krım Muxtar Respublikasının yaradılması ilə bağlı Ukrayna rəhbərliyindən razılıq alındığını bildirib. Kırımoğlu, muxtariyyət məsələsi ilə bağlı hazırlıqların tam yerinə yetirildiyini vurğulayıb. Bununla yanaşı, davam edən müharibə səbəbindən Konstitusiyada dəyişikliklərin həyata keçirilməsinin hələ mümkün olmadığını qeyd edib. Liderin sözlərinə görə, Krım tatarlarının gələcəkdə öz muxtar dövləti olacaq və yüz minlərlə sürgün edilmiş krımlı doğma torpaqlarına geri qayıdaraq, öz bayraqları altında yaşayacaqlar. Kırımoğlu, bu məsələnin uzunmüddətli perspektivdə icra olunmasını gözlədiklərini vurğulayıb. Kırımoğlu, eyni zamanda, davam edən sülh danışıqlarıyla bağlı fikirlərini ifadə edərək, Krım da daxil olmaqla, işğal altındakı bütün Ukrayna ərazilərinin geri qaytarılmadan ədalətli və daimi sülhün əldə olunmasının mümkün olmadığını bildirib. O, müvəqqəti atəşkəsin müharibəyə son qoymayacağını, sadəcə tərəflərə yenidən hazırlıq üçün vaxt qazandıracağını vurğulayıb. “Ədalətli sülh yalnız qəsb edilmiş torpaqların geri qaytarılması və törədilmiş qətllərə görə məsuliyyətin qəbul edilməklə mümkündür,” deyə Kırımoğlu bildirib. Onun fikrincə, bu fasiləyə Ukraynadan daha çox Rusiyanın prezidentinin ehtiyacı var.