Sədr müavini: Xəzərin sahilində özbaşına tikililər kommersiya məqsədilə inşa edilib
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Xəzər dənizinin sahilində 3 200-dən çox özbaşına tikilinin əksəriyyətinin kommersiya məqsədilə inşa edildiyi açıqlanıb. Bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Daşmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin İdarə Heyətinin sədr müavini Fərid Cəfərov, sahil mühafizə zonasında tikililərlə bağlı brifinqdə məlumat verib.
Cəfərovun sözlərinə görə, hazırda qüvvədə olan normativ-hüquqi aktlara əsasən, sahilboyu ərazidəki tikililərin əksəriyyəti yaşayış və qeyri-yaşayış obyektləridir. O, bu ərazilərin tənzimlənməsi ilə bağlı gələcəkdə normativ-hüquqi aktların yenilənəcəyini də qeyd edib. Həmçinin, əmlakların dəqiq xəritəsi hazırlanaraq rəqəmsallaşdırılacaq.
Sədr müavini həmçinin, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan hissəsindəki sahilboyu ərazilərinin müəyyən edilməsi məqsədilə bir sıra xüsusi statuslu ərazilərin istisna olunduğunu bildirib. O, ictimaiyyəti narahat edən qanunsuz tikililərin aqibətinin araşdırıldığını vurğulayıb.
Eyni zamanda, Cəfərov deyib ki, sahilboyu məskunlaşma əraziləri və yaşayış məntəqələri idarəetmə prinsipinə daxil deyil. Bu səbəbdən, həmin ərazilər ayrı bir müzakirə predmetidir.