Ezonn Xəbər

Azərbaycanda qızıl yataqları hökumətə qaytarılır

Azərbaycanda qızıl yataqları hökumətə qaytarılır
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Azərbaycanda qızıl və mis hasil edən "Anglo Asian Mining" şirkəti Qoşa və Ordubad müqavilə sahələri üzrə hasilat hüquqlarının müddətinin uzadılması üçün müraciət etməmək qərarına gəlib. Hər iki müqavilə sahəsi yaxın zamanda Azərbaycan hökumətinin əmlakı olacaq. Şirkətin açıqlamasında bildirilib ki, Qoşa üzrə hasilat hüququnun müddəti artıq başa çatıb, Ordubad üzrə isə müddət yaxın vaxtlarda bitir. Bu vəziyyətə əsasən, Anglo Asian Mining, sahələrin daha geniş istifadəsi üçün əlavə resurs ayırmağı məqsədəuyğun görməyib. Məlumata görə, bu iki sahe, şirkətin hazırkı hasilat obyektlərindən uzaqda yerləşir və burada infrastruktur mövcud deyil. Şirkət, öz layihə portfelini nəzərdən keçirərək, gələcəkdə daha strateji layihələr üzərində fokuslanmağı planlayır. Xarkar və Qaradağ mis layihələrinin hasilata başlaması ön plandadır. Ayrıca, şirkət planlaşdırılan geoloji kəşfiyyat işlərini hazırkı hasilat sahələrinin genişləndirilməsinə yönləndirəcək. Yeni yataqların aşkarlanması halında, mövcud infrastrukturdan istifadə etməklə mədənlərin istismar müddətinin uzadılması mümkün olacaq. Hazırda Anglo Asian Mining, Hasilatın Pay Bölgüsü Sazişinə (HPBS) zəruri dəyişikliklər üzərində Azərbaycan hökuməti ilə razılaşma aparır. Bu dəyişikliklər Milli Məclisə təqdim olunacaq. Şirkət, mümkün gələcəkdə Qoşa və Ordubad üzrə istilat hüquqlarını yenidən əldə etmək niyyətindədir.