Xəzərin sahilboyu ərazilərindəki torpaqlarla bağlı bəzi mexanizmlər açıqlanıb
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Xəzərin sahilboyu ərazilərindəki torpaqların icarəyə verilməsi və istifadəyə təqdim olunması qaydaları açıqlanıb. Bu barədə Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev Xəzər dənizinin idarə edilməsinin təkmilləşdirilməsi mövzusunda keçirilən brifinqdə məlumat verib.
Həbiyev qeyd edib ki, sahilboyu ərazilərə şərti olaraq ayrıca bir ərazi kimi yanaşılmalıdır. Bu ərazilərdə torpaqların istifadəsi, icarə və mülkiyyət hüququ üzrə məsələlər müəyyən edilməlidir. O, mülkiyyət hüququnun bu sahədə nadir olduğunu və hazırda qanunvericilikdə bu hüququn verilmədiyini vurğulayıb. Ancaq bəzi dövlətlərdə bu hüquqların mövcud olduğunu da əlavə edib.
İlqar Həbiyev, 2000 və 1990-cı illərdə qanuni əsaslarla əmlak əldə edən şəxslərin varlığını da nəzərə almağın vacib olduğunu bildirib. Qaydaların müəyyənləşdirilməsi sonrası vətəndaşların və sahibkarların yaradılacaq coğrafi sistem vasitəsilə müraciət edərək yer seçmək hüququna malik olacağı bildirilib. Hazırda ölkədə torpaqların icarəyə verilməsi üçün elektron kadastr sisteminin olduğunu, bu sistemin oxşarinin yeni mexanizmlərlə yaradılacağını qeyd edib.
Yeni rəqəmsal resurslardan istifadə edərək ərazilərin idarə olunmasının təmin ediləcəyi, müraciətlərin elektron pəncərə vasitəsilə daxil ediləcəyi və müvafiq yerquruluşu işlərinin aparılacağı açıqlanıb. Tələb olunduğu halda digər dövlət qurumlarının razılıqlarının alınması proseduru da həyata keçiriləcək. Bu mexanizmlərin qanunvericilikdə təsbit olunmasının əhəmiyyəti xüsusi vurğulanıb.