Ezonn Xəbər

Paşinyan yeni Konstitusiya qəbul ediləcəyi təqdirdə, növbəti seçkilərdə Baş nazirliyə namizəd olmayacağına söz verib

Paşinyan yeni Konstitusiya qəbul ediləcəyi təqdirdə, növbəti seçkilərdə Baş nazirliyə namizəd olmayacağına söz verib
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Ermənistan Baş naziri Nikol Paşinyan müxalifətə yeni Konstitusiya ilə bağlı referendum keçirmək təklifini irəli sürüb. O, hökumətin iclasında bildirib ki, əgər xalq yeni Konstitusiyanı rədd edərsə, istefa verəcək, qəbulediləcəyi halda isə növbəti seçkilərdə Baş nazir vəzifəsinə namizəd olmayacaq. "Mən müxalifətə təklif edirəm: gəlin referendum keçirək. Əgər xalq Konstitusiyanı rədd etsə, mən istefa verəcəyəm. Xalq Konstitusiyaya “hə” desə, növbəti seçkilərdə Baş nazir vəzifəsinə namizəd olmayacağam", - Paşinyan qeyd edib. Paşinyan yeni Konstitusiyanın hazırlanmasından da bəhs edib. O, bildirib ki, sənədin ilkin layihəsi gələn həftə dərc olunacaq və Konstitusiya layihəsinə yenidən baxılması zəruridir. "Konstitusiya layihəsi, şübhəsiz ki, dəyişdirilməlidir, lakin “real Ermənistan” ideologiyasından kənara çıxa bilməz", - Baş nazir vurğulayıb. Qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Konstitusiyanın preambulasında, keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd mövcuddur. Bu isə, Azərbaycan tərəfindən etirazla qarşılanır. Azərbaycan, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür.