Paşinyan Azərbaycanla sülh sazişi imzalandıqdan sonra istefa verəcəyini açıqlayıb

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Ermənistan Baş naziri Nikol Paşinyan, müxalifətə yeni Konstitusiya ilə bağlı referendum keçirməyi təklif edib. O, konstitusiyanın rədd edilməsi halında istefa verəcəyini bildirərək, qəbul ediləcəyi təqdirdə, növbəti seçkilərdə Baş nazir vəzifəsinə namizəd olmayacağını qeyd edib. Bu barədə məlumat “Armenpress” xəbər agentliyi tərəfindən yayımlanıb.
İclasda Paşinyan, müxalifətə dövrü sınaqdan keçirmək üçün referendum keçirməyə dəvət edərək, belə bir addımın onun siyasi karyerasına təsir edə biləcəyini vurğuladı. Baş nazir, "Mən müxalifətə təklif edirəm: gəlin referendum keçirək. Əgər xalq Konstitusiyanı rədd etsə, mən istefa verəcəyəm" sözlərini ifadə edib.
Eyni zamanda, Paşinyan yeni Konstitusiyanın ilkin layihəsinin gələn həftə dərc olunacağını bildirib. O, layihənin yenidən baxılması zəruriliyini vurgulayıb və "Konstitusiya layihəsi, şübhəsiz ki, dəyişdirilməlidir, lakin 'real Ermənistan' ideologiyasından kənara çıxa bilməz" deyə əlavə edib.
Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır, bu isə Azərbaycanın etirazına səbəb olub. Azərbaycan, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini tələb edir.