Ezonn Xəbər

İki ailə razılaşdı: Van Qoqun əsəri 190,4 milyon dollara satıldı

İki ailə razılaşdı: Van Qoqun əsəri 190,4 milyon dollara satıldı
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Məşhur niderlandlı rəssam Vinsent van Qoqunun “Çiçəkləyən şabalıd ağacları” adlı rəsm əsəri, Nyu-Yorkda keçirilən hərracda 190,4 milyon dollara satılıb. Bu satış Van Qoqunun və digər rəssamların tarixi üçün rekord qiymət hesab edilir. Əsərin əvvəlki qiyməti 180 milyon dollar hesab olunurdu. Lakin hərrac xərcləri ilə birlikdə yekun qiymət 190,4 milyon dolları keçdi. Bu satış, Van Qoqunun əvvəlki rekordunu 117,2 milyon dollar ilə geridə qoymuşdur. Bu əsərin tarixi nasist Almaniyası dövrünə qədər gedib çıxır. Almaniyalı yəhudi nəşriyyatçısı Samuel Fişer, 1909-cu ildə bu rəssamın əsərini əldə etmişdi. Fişerin ailəsi, nasistlərin hakimiyyəti zamanında ciddi maliyyə və siyasi təzyiqlərlə üzləşərək, 1936-cı ildən tablonu satmağa məcbur olmuşdular. Sonradan, Fişerin varisləri bu satışın zorla aparıldığını iddia edərək, hərracın dayandırılmasını tələb etdilər. Hərracdan əvvəl, əsərin hazırkı sahibləri Argentinanın Blaqyer-Arrieta ailəsi ilə Fişer ailəsi arasında razılaşma əldə olunmuş, bu da satışa hüquqi maneələri aradan qaldırmışdır. Van Qoqu, bu əsəri həyatının son aylarında, Fransanın Over-sür-Uaz kəndində yaşadığı dövrdə yaratmışdır. Rəsm, çiçəkləyən şabalıd ağacları və onların altında gəzən insanları təsvir edir. Bu əsər uzun müddət ictimaiyyətə nümayiş etdirilməmişdir.