Ezonn Xəbər

Prezident: “Leyla Əliyevanın səfəri bu əlaqələrin möhkəmləndirilməsində mühüm addım olub”

Prezident: “Leyla Əliyevanın səfəri bu əlaqələrin möhkəmləndirilməsində mühüm addım olub”
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində Leyla Əliyevanın Vyetnama planlaşdırılan səfərinin ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi baxımından xüsusi önəm kəsb etdiyini qeyd edib. O, humanitar əməkdaşlığın xalqlar və dövlətlər arasında möhkəm bir körpü rolu oynadığını vurğulayıb. Prezident Əliyev, onilliklər ərzində bu əlaqələrin təhsil təşəbbüsləri, xeyriyyə layihələri və müntəzəm mədəni mübadilələr vasitəsilə inkişaf etdiyini bildirib. Heydər Əliyev Fondunun bu prosesdəki əhəmiyyətini qeyd edərək, fondun Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə xüsusi dəstək verdiyini ifadə edib. Fondun fəaliyyətləri arasında Ha Giang əyalətində ibtidai məktəbin tikintisi, müxtəlif təhsil proqramlarının dəstəklənməsi və infrastruktur təşəbbüsləri yer alır. Bu fəaliyyətlər ölkələr arasında dostluq və əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəlib. Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfərinin, iki ölkə arasındakı əlaqələrin möhkəmlənməsinə mühüm addım olduğu bildirilir. Səfər çərçivəsində ölkə rəhbərləri, yaradıcı ziyalıların nümayəndələri və Azərbaycan universitetlərinin vyetnamlı məzunları ilə görüşlərin keçiriləcəyi planlaşdırılır. Həmçinin, Hanoy Ticarət və Turizm Kollecinə də maliyyə dəstəyi verilməsi nəzərdə tutulur.