Məktəbi su basdı, zərərini sığorta şirkəti ödədi

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Yaşayış sahəsindən keçən su xəttində yaranan nasazlıq nəticəsində məktəbin zirzəmisinin su altında qalması hadisəsi baş verib. Bu arızanın nəticəsi olaraq məktəbə dəyən zərərin məbləği 56 480 manat təşkil edir.
Zirzəminin su ilə dolması orada yerləşən əmlaka ziyan vuraraq, gözlənilməz xərclərə səbəb olub. Belə texniki nasazlıqlar, əmlak sahibləri üçün proqnozlaşdırılması çətin olan risklər sırasına daxildir.
Hadisənin baş verməsi, əmlakın müxtəlif səbəblərdən zərər görə biləcəyini bir daha gündəmə gətirib. Bu cür gözlənilməz hallarda əmlak sığortası mühüm rol oynayır, çünki o, zərərlərin kompensasiya olunmasına dəstək göstərir.
“PAŞA Sığorta” şirkəti hadisə nəticəsində yaranan zərəri ödəmişdir. Bu, sığorta xidmətlərinin əhəmiyyətini və belə hallarda nə qədər faydalı olduğunu bir daha sübut edir.