Sumqayıt sakinlərindən 7 və 7A marşrut avtobuslarına ŞİKAYƏT

Ezonn TV «Lent.az» mənbəsinə istinadən xəbər verir.
Sumqayıt şəhərində fəaliyyət göstərən 7A və 7 nömrəli marşrut avtobuslarının sürücüləri ilə bağlı sakinlərin ciddi şikayətləri var. Onlar sürücülerin yol hərəkəti qaydalarını ciddi şəkildə pozduğunu, etik davranış normalarını aşdığını bildirirlər.
Sərnişinlərin sözlərinə görə, avtobusların sürücüləri yük maşını kimi aqressiv sürür, qəfil əyləclərə basır, sərt manevrlər edir və telefonla danışarkən sürücülük edirlər. Bəzi hallarda, siqaret çəkərək və vulqar ifadələr işlətdikləri də qeyd olunub. Eyni zamanda, dayanacaqda sərnişinləri tələsdirdiklərini bildirib, enmək istəyənlərə qarşı sərt reaksiya göstərirlər.
Məsələyə aydınlıq gətirmək üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edilib. Oradan verilən cavabda qeyd olunub ki, sakinlərin şikayətləri diqqətə alınır. İcra Hakimiyyəti, sürücüların davranışlarını yaxşılaşdırmaq üçün mütəmadi monitorinqlər keçirəklərini və qaydalara riayət edilməsinin təmin olunması üçün maarifləndirici tədbirlər həyata keçirildiyini bildirib.
Qurum, sərnişin məmnuniyyətinin artırılması və qeyd olunan problemlərin qarşısının alınması məqsədilə davamlı nəzarət tədbirləri həyata keçirəcəyini də vurğulayıb. Sürcülərin etik davranış qaydalarına riayət etmələrinin əhəmiyyəti barədə yuxarıda qeyd olunan vəzifələr yerinə yetiriləcəkdir. Bu istiqamətdə müvafiq dövlət orqanları ilə əməkdaşlığın da gündəmdə olduğu qeyd edilib.