Tiflisdə yaşayış binasında partlayış, bir hissəsi dağıldı

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Gürcüstanın paytaxtı Tiflisdə, Kvemo-Poniçala rayonundakı yaşayış binasında bu gün səhər saat 09:00 radələrində partlayış baş verib. Hadisənin səbəbinin məişət qazı ilə işləyən qızdırıcının olduğu ehtimal edilir.
Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili məlumat verib ki, partlayış nəticəsində dağıntılar altından 4 nəfər çıxarılaraq xəstəxanaya yerləşdirilib. Yaralılardan biri uşaqdır və onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Hadisənin mürəkkəbliyi ilə əlaqədar daha 7 nəfərin, o cümlədən 3 azyaşlının itkin düşdüyü bildirilir. Axtarış-xilasetmə əməliyyatları hələ də davam etməkdədir.
Tiflisin müvafiq xidmətləri, bu hadisənin səbəblərini araşdırmaq məqsədilə hadisə yerində aktiv işlər aparır. Partlayışın baş verdiyi binanın mütəxəssislər tərəfindən qiymətləndirilməsi planlaşdırılır.