Cənubi Koreyada universitet imtahanı zamanı səsli xəbərdarlıq sistemi tətbiq ediləcək

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Cənubi Koreya hökuməti universitetlərə qəbul imtahanı (Suneung) zamanı köçürmənin qarşısını almaq üçün genişmiqyaslı bir tədbir həyata keçirəcək. İmtahan günü, ölkə üzrə milyonlarla mobil telefona yüksək səsli təcili xəbərdarlıq siqnalı göndəriləcək. Bu tədbirin əsas məqsədi imtahan zalına gizlicə telefon gətirən şəxsləri aşkar etməkdir.
Son dövrlərdə gizli kamera və süni intellektin köməyi ilə imtahanlarda maksimum bal toplayan namizədin aşkar edilmesi, bu cür tədbirlərin görülməsinə səbəb olub. Müəyyən edilən bu halların sayı artdıqca, hökumət sınaqları daha da təhlükəsiz etmək üçün çarələr axtarmağa başladı.
Eyni zamanda, imtahan günü bütün iştirakçıların eynəklərində gizli kameraların olub-olmaması da yoxlanacaq. Bu addım, köçürmələrin və digər pozuntuların qarşısını almaq üçün atılan əhəmiyyətli bir addım sayılır.
Hökumət, səsli xəbərdarlıq sisteminin tətbiqi ilə imtahan prosesini daha şəffaf və ədalətli etmək məqsədini güdür. İmtahanın vaxtı və digər detallarla bağlı əlavə məlumatların yaxın gələcəkdə açıqlanması gözlənilir.