Ezonn Xəbər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. ABŞ-ın məşhur aktyoru Larri Poyndekster 66 yaşında ölüb. O, noyabrın 13-də Los-Ancelesin Studio City bölgəsində yolu keçərkən avtomobilin vurması nəticəsində xəsarət alıb. Səhiyyə müəssisəsinə yerləşdirilən Poyndeksterin qabırğaları sınıb və noyabrın 18-nə planlaşdırılan əməliyyat tarixi var idi. Lakin, aktyor həmin gün səhər saatlarında xəstəxanada qəfil vəfat edib. Onun ölümünün dəqiq səbəbi isə hələ ki, məlum deyil. Larri Poyndekster 1960-cı ildə dünyaya gəlib. 40 ildən artıq bir müddərdə aktyorluq karyerasını davam etdirən Poyndekster 200-ə yaxın film və televiziya layihəsində rol almışdır. O, “Santa Barbara”, “Friends” (“Dostlar”), “How I Met Your Mother” (“Ananla necə tanış oldum”), “JAG”, “Days of Our Lives” və “General Hospital” kimi tanınmış seriallarda yer alıb. Daha öncə 2003-cü ildə ekranlara çıxan “S.W.A.T.” filmində polis kapitanı Tom Fuller obrazını canlandıraraq geniş auditoriya tərəfindən tanınmışdır. Poyndeksterin karyerası boyunca yaratdığı dəyərlər və sədaqətini unutmayacağıq.