Məşhur aktyor faciəvi şəkildə öldü

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
ABŞ-ın məşhur aktyoru Larri Poyndekster 66 yaşında vəfat edib. Bu barədə “Deadline” nəşri məlumat yayıb. Hadisə noyabrın 13-də, Los-Ancelesin Studio City ərazisində baş verib.
Poyndekster yolu keçərkən avtomobil tərəfindən vurulub və aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onun qabırğaları sındığı üçün noyabrın 18-də əməliyyat olunması planlaşdırılırdı. Lakin həmin gün səhər saatlarında aktyor xəstəxanada qəfil ölüb.
Larri Poyndeksterin ölümünün dəqiq səbəbi hələ ki, açıqlanmayıb. Aktyorun uzun illər boyu davam edən karyerası 1960-cı ildən başlayır və o, 200-dən artıq film və televiziya layihələrində rol alıb.
O, “Santa Barbara”, “Friends” (“Dostlar”), “How I Met Your Mother” (“Ananla necə tanış oldum”), “JAG”, “Days of Our Lives” və “General Hospital” kimi məşhur seriallarda iştirak edib. Poyndekster, 2003-cü ildə çıxan “S.W.A.T.” filmində polis kapitanı Tom Fuller obrazını canlandırmışdı.