Sabah yağış yağacaq, bəzi yerlərdə leysan olacaq - XƏBƏRDARLIQ
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Bakıda və Abşeron yarımadasında noyabrın 20-si səhər saatlarında bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Hava şəraitinin yarımadanın ayrı-ayrı hissələrində qısamüddətli leysan xarakterli yağışlarla müşayiət olunacağı ehtimalı var.
Eyni zamanda, noyabrın 20-si gecə və səhər saatlarında Azərbaycanın bəzi şimal və qərb bölgələrində də hava şəraitinin yağışlı olacağı bildirilir. Bu ərazilərdə yağıntının qısamüddətli intensivi xarakter daşıyacağı, dağlıq zonalarda isə qar yağması gözlənilir.