Tarixi görüşdə Sülh haqqında Bəyannamə qəbul edildi

Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir.
Bugün Şençjendə baş tutan APEC sammiti çərçivəsində Rusiya, Çin və ABŞ dövlət başçılarının iştirakı ilə tarixi danışıqlar nəticəsində Sülh haqqında Bəyannamə qəbul olunub. Sənəd, nüvə müharibələrinin qazanıla bilməz olduğunu və bu cür müharibələrin aparılmaması zərurətini vurğulayıb.
Bəyannamə 4 əsas bənddən ibarətdir. Sənəddə dövlət başçıları, nüvə risklərinin azaldılması və bu silahların yayılması ilə mübarizə istiqamətində dialoqun aparılacağına dair razılığa gəliblər. Üstəlik, liderlər BMT-nin qlobal çağırışlara daha səmərəli cavab verilməsi məqsədilə islahatların aparılmasına sadiq olduqlarını qeyd ediblər.
Bəyannamədə həmçinin, Rusiya, Çin və ABŞ-ın BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq, beynəlxalq sülhü və təhlükəsizliyi təmin etməyə yönəlmiş fundamental öhdəliklərini ifadə etdikləri vurğulanıb. Bütün tərəflər, dövlətlərin razılığı prinsipinin əhəmiyyətini qeyd edərək, Beynəlxalq Cinayət Məhkəməsi və oxşar qurumların səlahiyyətlərindən sui-istifadə edilməməsi anlaşmasına gəliblər.
Üç dövlət başçısı, enerji sahəsində istehsalın artırılması və sabit enerji təchizatının vacibliyini də bir daha təsdiqləyiblər.