Ezonn Xəbər

Azərbaycanın 9 universiteti TOP 2000-də – İlk dəfə

Azərbaycanın 9 universiteti TOP 2000-də – İlk dəfə
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. ‘Quacquarelli Symonds’ (QS) beynəlxalq reytinq agentliyi ‘QS Dayanıqlılıq Reytinqi 2027’ nəticələrini təqdim edib. Bu il reytinqdə yer alan Azərbaycan universitetlərinin sayında artım müşahidə olunub; 2022-ci ildən bu yana iştirak edən universitetlərin sayı 8-dən 9-a yüksəlib. Reytinqə əsasən, siyahıda Azərbaycanın 9 ali təhsil müəssisəsi yer alıb. Bu universitetlər arasında Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti, Qərbi Kaspi Universiteti və Sumqayıt Dövlət Universiteti qeyd olunub. Bu il UNEC, 582-ci sırada qərarlaşaraq, Azərbaycan universitetləri arasında ən yüksək nəticəni nümayiş etdirib. Ötən buraxılışla müqayisədə UNEC, 144 pillə irəliləyərək tarixi uğura imza atıb. Bundan əlavə, Bakı Dövlət Universiteti ‘Ekoloji dayanıqlılıq’ göstəricisi üzrə 152-ci yerdədir. Azərbaycan ali təhsil müəssisələri ‘İdarəetmə’, ‘Ekoloji dayanıqlılıq’ və ‘Ekoloji təhsil’ indikatorları üzrə də diqqətəlayiq nəticələr əldə ediblər.