Ezonn Xəbər

Azərbaycan və Polşa arasında hərbi təhsil sistemində həyata keçirilən islahatlar müzakirə edilib

Azərbaycan və Polşa arasında hərbi təhsil sistemində həyata keçirilən islahatlar müzakirə edilib
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Polşa Milli Müdafiə Nazirliyinin Hərbi Təhsil Departamentinin rəisi briqada generalı Valdemar Qolebovskinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Səfər zamanı hərbi təhsil sistemində həyata keçirilən islahatlar müzakirə olunub. Müdafiə Nazirliyinin məlumatına görə, nümayəndə heyətinin Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülovla keçirilən görüşdə, tədris prosesinin təşkili və hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri gündəmə gətirilib. Tərəflər arasında qarşılıqlı təcrübə mübadiləsi də müzakirənin əsas mövzularından olub. Səfər proqramı çərçivəsində polşalı nümayəndələr MMU-nun tabeliyində olan Heydər Əliyev adına Hərbi İnstitut və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə de olublar. Təhsil müəssisələrindəki tədris və xidmət şəraiti ilə tanış olan nümayəndə heyətinə hərbi kadr hazırlığına dair görülən işlər barədə məlumat təqdim edilib. Görüş sonunda, Valdemar Qolebovski Hərbi Liseyin "Şərəf kitabı"na ürək sözlərini yazıb. Tərəflər arasında qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə fotosu çəkdirilib. Qeyd edək ki, bu səfər hər iki ölkə arasında hərbi təhsil sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və peşəkar kadr hazırlığı istiqamətində əlaqələrin inkişafı baxımından önəmli əhəmiyyət daşıyır.