Azərbaycana 9 ayda 366 milyon dollarlıq telefon gətirilib

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
2023-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 880 128 ədəd telefon gətirilib. Bu telefonların statistik dəyəri 366 milyon 82 min 80 ABŞ dolları təşkil edir. İdxal edilən telefonların əksəriyyəti smartfonlardır.
Hesabat dövründə ölkəyə 814 min smartfon idxal olunub ki, bu da 363.5 milyon dolları təşkil edir. Bir smartfonun orta dəyəri 446.6 dollar olaraq hesablanıb. Smartfonların əsas tədarükçüsü Çin olub; Çin, ümumilikdə, 275.2 milyon dollar dəyərində 603 712 smartfon təqdim edib.
Vyetnamdan 73.1 milyon dollar dəyərində 188 684 smartfon idxal olunub, Hindistandan isə 14.8 milyon dollar dəyərində 21 048 ədəd smartfon gətirilib. Bu iki ölkə, eyni zamanda, smartfon idxalında 97.3 faizlik paya malikdir.
Ümumilikdə, Azərbaycan 2023-cü ilin ilk 9 ayında 29 min 250 dollar dəyərində 77 ədəd smartfon ixrac edib. Bu ixracların 76-sı Gürcüstana, biri isə Macarıstana göndərilib. Hesabat dövründə digər telefon kateqoriyaları üzrə 28 min 174 ədəd telefon idxal olunub, bunların dəyəri 1 milyon 48 min 990 dollar təşkil edir. Eyni zamanda, naqilsiz rabitə üçün 12 min 376 ədəd naqilli telefon aparatı idxal edilib.