Ezonn Xəbər

Kripvalyutadan sonra qızıl da ucuzlaşır - Nə qədər davam edəcək?

Kripvalyutadan sonra qızıl da ucuzlaşır - Nə qədər davam edəcək?
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Beynəlxalq əmtəə bazarlarında qızılın qiymətinin azaldığı bildirilir. "COMEX" əmtəə birjasında 2026-cı ilin dekabr ayına nəzərdə tutulan fyuçers müqavilələrinin qiyməti 0,41 faiz geriləyib. Bu hal nəticəsində qızılın bir troya unsiyasının (31,1 qram) dəyəri 3 726,6 ABŞ dolları səviyyəsinə enib. Son günlər kriptovalyutaların qiymətlərinin də ucuzlaşdığı müşahidə edilir. "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov “Cebheinfo.az” -a verdiyi müsahibədə bildirib ki, dünya bazarında qızılın qiymətinin 3 700 ABŞ dolları ətrafında ticarət olunması 2025-ci ilin sentyabrından bəri qeydə alınmış ən aşağı səviyyədir. R. Əmircanov, qızılın ucuzlaşmasını kriptovalyutalarda baş verən satışlarla əlaqələndirməyin doğru olmadığını vurğulayır. Onun sözlərinə görə, hər iki bazara təsir edən ortaq amil ABŞ-da pul siyasətinin daha da sərtləşəcəyi gözləntisidir. ABŞ Federal Ehtiyat Sisteminin (FED) oktyabr iclasının protokolu, inflyasiyanı hədəfə qaytarmaq üçün növbəti faiz artımlarının gündəmdə olduğunu göstərir. Eyni zamanda, qızıl bazarında alternativ investisiyaların gəlirliliyi də mühüm rol oynayır. Rövşən Əmircanov qeyd edir ki, qızıl faiz gəliri gətirmədiyindən, ABŞ dövlət istiqrazlarının gəlirliliyi yüksək qaldıqda sərmayəçilər istiqrazlara üstünlük verirlər. Dolların güclənməsi isə qızılı digər valyutalarla hesablaşan alıcılar üçün bahalaşdırır. Qısa müddətdə qiymətin minimumdan yuxarı qalması vacibdir; əks halda, qızılın qiyməti 3 600 dollar ətrafına enə bilər.