Ezonn Xəbər

Azərbaycanda müxtəlif növ ağac materialları hərraca çıxarılır – Qiymətlər açıqlandı

Azərbaycanda müxtəlif növ ağac materialları hərraca çıxarılır – Qiymətlər açıqlandı
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinə aid ağac materiallarının satışı üzrə hərrac 23 dekabr 2026-cı il tarixində keçiriləcək. Hərracın saat 10:00-da başlayacağı bildirilib. Bu hərraca ümumilikdə 38 lot işlik oduncaq çıxarılacaq. Hərraca təqdim olunan ağac materialları Lənkəran, Şabran, Quba, Şamaxı, Şəki, Zaqatala, Göygöl, Şəmkir və Qəbələ bölgələrində yerləşir. Odun materiallarının satış qiymətləri isə ağac növündən və saxlanıldığı ərazidən asılı olaraq 68 manatdan 152 manatadək dəyişir. Satışa təqdim olunan oduncaq növləri arasında fıstıq, palıd, qovaq, şam və digər ağaclar mövcuddur. Məsələn, fıstıq ağacından əldə edilən oduncağın bir kubmetrinin qiyməti 148–152 manat, palıdın 149–152 manat, qovağın isə 68–71 manat olaraq müəyyən edilib. Həmçinin, hərracda ağcaqayın, göyrüc, yalanqoz, qızılağac, vələs, akasiya, tut və gilas ağaclarından əldə olunmuş materiallar da təqdim ediləcək. İştirak etmək istəyən şəxslər, tələb olunan sənədləri hərracın başlanmasından ən geci üç bank günü əvvəl təqdim etməli və ilkin satış qiymətinin 10%-i qədər beh ödəməlidirlər. Hərracın keçiriləcəyi ünvan isə Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20-dir. İşlik oduncaq, həmçinin tikinti, mebel istehsalı və digər ağac məmulatlarının hazırlanmasında istifadə olunur.