Hərbi "Eternity-2026": Azərbaycan, Türkiyə və Gürcüstan strateji obyektlərin mühafizəsi üzrə birgə əməliyyatlar aparacaq

Ezonn TV «Report» mənbəsinə istinadən xəbər verir.
19 noyabr 2026-cı il tarixində Azərbaycan, Türkiyə və Gürcüstan nümayəndələrinin iştirakı ilə keçirilən "Eternity-2026" təlimləri çərçivəsində strateji obyektlərin mühafizəsi üzrə birgə əməliyyatlar icra olunur. Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.
Təlimlərdə kompüter dəstəkli komanda-qərargah işinin uğurla davam etdiyi bildirilir. Ssenariyə əsasən, nümayəndələr strateji iqtisadi layihələr və regional enerji-kommunikasiya xətləri üzrə müdafiə planlaşdırır.
Müasir kompüter simulyasiya sistemləri istifadə olunaraq, potensial təhlükələr analiz edilir, böhran vəziyyətlərində qərarların qəbul edilməsi və qoşun növləri arasında qarşılıqlı fəaliyyət təşkil olunur. Təlim poliqonunda iştirak edən hərbi personal, həmçinin əməliyyat rayonunun təcrid olunması, PUA-lar vasitəsilə nəzarət və partlayıcı qurğuların zərərsizləşdirilməsi istiqamətində fəaliyyətlərini icra edirlər.
Bundan əlavə, təlim zamanı hərbi bazaya basqının dəf edilməsi, dəmir yolu xətlərinin və neft-qaz infrastrukturunun qorunması, yanğınların söndürülməsi və yaralıların təxliyəsi kimi tapşırıqlar da yerinə yetirilir.
Təlimlərin məqsədləri arasında iştirakçılar arasında birgə planlaşdırma və idarəetmə vərdişlərini təkmilləşdirmək ön plandadır.