Ezonn Xəbər

Tonlarla şokolad və peçenyeni oğurlayıb satdı: Puluna yük maşını aldı

Tonlarla şokolad və peçenyeni oğurlayıb satdı: Puluna yük maşını aldı
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. 37 yaşlı şəxsin, Ayxan Vəliyevin, Gürcüstandan Özbəkistana göndərilməli olan 15 tondan çox şokolad və 4 tondan artıq peçenyeni oğurladığı müəyyən edilib. Bu cinayət nəticəsində zərər çəkən şirkətə 184 min 843 manat pul itkisi dəymişdir. Müvafiq olaraq cinayət işi açılıb və Vəliyev saxlanılıb. Məhkəmə prosesi zamanı Ayxanın ilk növbədə yükləri Azərbaycana gətirdiyi, lakin daha sonra yük maşınının marşrutunu dəyişərək, məhsulları Samur gömrük postundan Rusiyaya keçirdiyi aşkar edilib. Oğurlanmış məhsullar Dağıstanın Mahaçqala şəhərində satıldığı bildirilib. Vəliyev, məhsulların Rusiyada 50 min dollar müqabilində satışını həyata keçirdiyini iddia edir. Elde olunan pulun bir hissəsinin isə yük maşınlarının alınmasına sərf olunduğu açıqlanıb. Zərərçəkən şirkətin nümayəndəsi Məmməd İsrafilov, mahkəmə iclasında şirkətə vurulan ziyana görə ödənişin edilmədiyini bildirib. Araşdırmalar zamanı, Ayxan Vəliyevin yükün guya Qazaxıstana göndərilməsi ilə bağlı saxta sənəd təqdim etdiyi də ortaya çıxıb. Nəticədə, məhkəmə Vəliyevi 5 il 6 ay müddətinə azadlıqdan məhrum etməyə qərar verib.