Ezonn Xəbər

Fatih Birol: Hazırkı böhran enerji təhlükəsizliyini formalaşdıracaq seçimləri kölgədə qoymamalıdır

Fatih Birol: Hazırkı böhran enerji təhlükəsizliyini formalaşdıracaq seçimləri kölgədə qoymamalıdır
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol, hazırki Hörmüz boğazı böhranının enerji sektoru və qlobal iqtisadiyyata təsirlərinin dərinləşməkdə olduğunu vurğulayıb. O, böhranın uzandıqca daha böyük təsir yaradacağını bildirib. Birol, dünya energetikasının əvvəlki vəziyyətinə qayıtması üçün inandırıcı bir yolun mövcud olmadığını açıqlayıb. Onun sözlərinə görə, hazırkı böhranın yaratdığı təzyiqlər gələcək onilliklər ərzində enerji təhlükəsizliyi, dayanıqlılıq və rifah ilə bağlı seçimləri kölgədə qoymamalıdır. O, açıqlamasında, "Ölkələr öz resurslarını, mövcud şəraitlərini və prioritetlərini əks etdirən fərqli yollar seçəcəklər. Lakin bütün bunların daha etibarlı, qiymət baxımından əlçatan və dayanıqlı enerji sisteminin qurulmasında, eləcə də bu məqsədə nail olmaq üçün səmərəli əməkdaşlıqda maraqlı olması vacibdir" – deyə Birol əlavə edib.