Bakıda və rayonlarda sabah külək güclənəcək

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Bakıda və Abşeron yarımadasında, eləcə də bir sıra bölgələrdə noyabrın 20-də küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar edilib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Xidmətin açıqlamasına əsasən, narıncı xəbərdarlığa uyğun olaraq, Bakıda, Abşeron yarımadasında, həmçinin Mingəçevir, Naftalan, Goranboy, Gəncə, Neftçala, Salyan, Göyçay, Hacıqabul, Qobustan, Daşkəsən, Şəki, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı və Qusarda şimal-qərb küləyi əsəcək. Küləyin sürətinin 20.8-28.4 m/san-dək güclənməsi gözlənilir.
Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq, şimal-qərb küləyinin sürəti 13.9-20.7 m/san olacağı proqnozlaşdırılır.