Ezonn Xəbər

Jurnalistlər üçün rəqəmsal media və süni intellekt təlimi keçirilib

Jurnalistlər üçün rəqəmsal media və süni intellekt təlimi keçirilib
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Noyabrın 16-19 tarixlərində Bakıda, "PAŞA Media Development Program 2026" proqramı çərçivəsində jurnalistlər üçün rəqəmsal media və süni intellekt təlimi keçirilib. Təlimin məqsədi, müasir jurnalistikanın tələblərinə uyğun məzmun istehsalını inkişaf etdirməkdir. Təlim britaniyalı mütəxəssis Dan Mason tərəfindən aparılıb. O, iştirakçılara süni intellektin jurnalistikada tətbiqi, rəqəmsal media strategiyaları, SEO və GEO prinsipləri, auditoriyanın cəlb edilməsi yolları haqqında məlumat verib. Təlim zamanı müxtəlif praktik məşğələlərdə süni intellekt alətlərinin istifadəsi nümayiş etdirilib. Dan Mason, müasir dövr jurnalistikasında xəbərlərin sayından daha çox keyfiyyətinin, orijinallığının və auditoriyaya verdiyi faydanın əhəmiyyətini vurğulayıb. Eyni zamanda, sosial media və YouTube platformaları üçün video məzmunun hazırlanması, auditoriya araşdırmaları və rəqəmsal platformalarda monetizasiya yolları müzakirə olunub. Təlimdə ölkənin aparıcı televiziya kanallarından və informasiya agentliklərindən jurnalistlər iştirak edərək müasir jurnalistika metodlarını öyrəniblər. Bu, onların peşə bacarıqlarını artırmaqla yanaşı, məlumatların daha effektiv şəkildə təqdim edilməsinə də imkan yaradıb.