Ezonn Xəbər

Azərbaycanda istehlakçı müraciətlərinin sayı artıb – RƏQƏMLƏR

Azərbaycanda istehlakçı müraciətlərinin sayı artıb – RƏQƏMLƏR
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə Lənkəranda media nümayəndələri üçün "İstehlakçıların əsas hüquqları və onların müdafiəsi" mövzusunda media təlimi təşkil edilib. Təlimdə Agentliyin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı istehlakçı müraciətləri ilə bağlı statistik məlumatları açıqlayıb. Yusif Tapdıqlının verdiyi məlumatlara görə, 2026-cı ilin yanvar-oktyabr ayları ərzində istehlakçı müraciətlərinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artıb. 2025-ci ilin eyni dövründə Agentliyə 7 053 müraciət daxil olub, bu müraciətlərin 6 390-ı yeni, 663-ü isə əvvəlki ildən qalan müraciətlərdir. 2026-cı ildə isə bu rəqəm 9 260-a çataraq 8 766 yeni müraciət və 494 əvvəlki ildən qalan müraciət təşkil edib. Həmçinin, 2025-ci ildə Agentlikdə baxılan müraciətlərin sayı 5 032 təşkil edərək, 1 560 müraciət aidiyyəti orqanlara göndərilib. 2026-cı ilin eyni dövründə baxılması yekunlaşan müraciətlərin sayı 6 080 olub, 2 312 müraciət aidiyyəti orqanlara yönləndirilmişdir. Maliyyə məsələlərinə də aydınlıq gətirən Yusif Tapdıqlı, istehlakçılara 2025-ci ildə 301 792,1 manat, 2026-cı ildə isə 314 997,5 manat vəsaitin qaytarıldığını qeyd edib. Bu, müvafiq olaraq, 2 105 və 2 399 müraciətin təmin olunması ilə nəticələnib.