Ezonn Xəbər

Azərbaycanda dövlət qurumlarının avtomobilləri 4 min manatdan başlayan qiymətlərlə satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının avtomobilləri 4 min manatdan başlayan qiymətlərlə satışa çıxarılır
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Azərbaycanda dövlət qurumlarının balansında olan avtomobillər hərraca çıxarılacaq. Bu hərrac 6 yanvar 2027-ci il tarixində saat 10:00-da keçiriləcək. Hərracda, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Su Ehtiyatları Agentliyinin tabeliyində olan nəqliyyat vasitələri satışa təqdim ediləcək. Satışa təqdim edilən nəqliyyat vasitələrindən biri 2010-cu il istehsalı “Nissan Maxima”dır və onun qiyməti 8 200 manatdır. Eyni zamanda 2007-ci il istehsalı “Nissan Teana” 5 000 manata, 2006-cı il istehsalı “Nissan Teana” 5 500 manata, 2016-cı il istehsalı “Chevrolet Malibu” 8 000 manata, 2001-ci il istehsalı “Hyundai Elantra” 4 000 manata və 1996-cı il istehsalı “Mercedes-Benz 230” da 4 000 manata satışa çıxarılır. Bununla yanaşı, “Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu”nun balansındakı 5 avtomobil bir lot şəklində 6 600 manata hərraca təqdim edilir. Bu lotda 1986-cı il istehsalı “QAZ 53A”, 1985-ci il istehsalı “ZIL 131A”, 1992-ci il istehsalı “QAZ 6616”, 1989-cu il istehsalı “QAZ 66-11” və 2008-ci il istehsalı “Chevrolet Niva” yer alır. Hərracda ümumilikdə 7 lot üzrə 11 nəqliyyat vasitəsi satışa çıxarılır. Lotların ilkin satış qiymətləri 4 000 manatdan başlayaraq 8 200 manata qədər dəyişir. İştirakçılardan tələb olunan sənədlərin hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək təqdim edilməsi və ilkin satış qiymətinin 10%-i həcmində beh ödənilməsi tələb olunur. Hərrac, Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanında keçiriləcək.