Hörmüz boğazında üç neft tankerində yanğın baş verib - YENİLƏNİB

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Hörmüz boğazında bu gün səhər saatlarından etibarən dəniz minalarına düşmüş üç neft tankerinin yanması hadisəsi baş verib. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu tankerlerin ABŞ qırıcılarının dəstəyi ilə qadağan olunmuş marşrut üzrə hərəkət etdiyini açıqlayıb. Hadisə nəticəsində tankerlərin yanmaqda davam etdiyi və hərəkətsiz qaldığı bildirilir.
Məlumatlara görə, yanmış tankerlerden ikisi ümumilikdə 4 milyon bareldən çox xam neft daşıyır. SEPAH-in yaydığı açıqlamada, ABŞ-ın hərbi qüvvələri ilə əməkdaşlıq edən tankerlərin Hörmüz boğazının icazəsiz marşrutlarından keçməyə cəhd edəcəyi təqdirdə müdaxilə ediləcəyinə dair xəbərdarlıq edilib.
Tehran bürosunun verdiyi məlumata əsasən, bu tankerlərin naviqasiya sistemlərini söndürərək qadağan olunmuş ərazidə hərəkət etməsi nəticəsində baş vermiş yanğın SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarını nəzərə almadan baş vermişdir. İran Silahlı Qüvvələrinin elan etdiyi qaydalar və dəniz dəhlizlərinin seçilməsi şərti ilə Hörmüz boğazından keçmək mümkündür.
Bəyanatda vurğulanır ki, bu tələblərə əməl edilmədiyi təqdirdə dəniz minasına düşmək riski olduğu bildirilir. Yanğın hadisəsi bölgədəki gərginliyin artmasına yol aça bilər.