“Google” axtarış sisteminə yeni rejim əlavə edir

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
“Google” süni intellekt əsaslı axtarış sistemi “AI Mode” üçün yeni bir funksiyanı istifadəyə verərək, istifadəçilərə daha geniş imkanlar təqdim edir. Bu yenilik "Temporary Threads" adı ilə tanınır və istifadəçilərin axtarış tarixçəsinə daxil edilmədən müvəqqəti söhbətlər aparmasına şərait yaradır.
Yeni funksiyanı aktivləşdirmək üçün istifadəçiyə “AI Mode” interfeysində ekranın yuxarı sağ küncündəki xüsusi işarəyə klikləmək yetərlidir. Qeyd edək ki, bunun üçün istifadəçi hesab parametrlərində hər hansı bir dəyişiklik etməlidir.
Müvəqqəti söhbət zamanı süni intellekt, istifadəçinin əvvəlki seçimlərini nəzərə almayacaq. Bu da o deməkdir ki, dialoqun məzmunu, gələcək fərdiləşdirmə prosesində istifadə edilməyəcək. Söhbət başa çatdıqdan sonra, istifadəçi əvvəlki adi axtarış rejiminə qayıdacaq.
“Google” tərəfindən verilən məlumata görə, "Temporary Threads" funksiyası dünya üzrə kompüter və mobil cihazlarda istifadəyə veriləcək. Yeniliyin bütün dillərdə əlçatan olacağı düşünülür.