Minskdə Gürcüstan-Rusiya diplomatik dialoqu keçirilib

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Minskdə Gürcüstan Baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Giorgi Zurabaşvili ilə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin arasında ilk diplomatik görüş keçirilib. Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlıqla yanaşı, regional təhlükəsizlik məsələləri də müzakirə edilib. Tərəflər bir sıra praktiki razılaşmalar əldə edərək, ikitərəfli əlaqələrin davam etdirilməsi üzrə razılığa gəliblər.
Qeyd edək ki, Giorgi Zurabaşvili bu ilin oktyabr ayının 21-də Gürcüstan Baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin olunub. Minskdəki bu görüş, Zurabaşvilinin yeni vəzifəsi çərçivəsindəki ilk beynəlxalq dialoq reallaşdırmasıdır.
Minskdəki müzakirələr Abaşidze-Karasin formatında daha əvvəl keçirilən danışıqlardan sonra baş tutub. Bu format çərçivəsində son görüş 2025-ci ilin dekabrında reallaşmışdır, ardınca isə faktiki olaraq bir il müddətində fəaliyyət dayandırılıb.