Ezonn Xəbər

Minskdə Gürcüstan-Rusiya diplomatik dialoqu keçirilib

Minskdə Gürcüstan-Rusiya diplomatik dialoqu keçirilib
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Minsk şəhərində Gürcüstan Baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Giorgi Zurabaşvili və Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin arasında ilk görüş keçirilib. Bu barədə məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi verib. Görüşdə ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlıq, həmçinin regional təhlükəsizlik məsələləri müzakirə olunub. Tərəflər arasında bir sıra praktiki razılaşmalar əldə edilib, əlaqələrin davam etdirilməsi barədə razılıq yaranıb. Qeyd edək ki, Giorgi Zurabaşvili bu ilin 21 oktyabrında Gürcüstan Baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi təyin olunub. Minskdəki görüş, onun yeni vəzifəsində ilk rəsmi görüşü olub, eyni zamanda, Mixail Qaluzin ilə bərpa edilmiş dialoq çərçivəsində baş tutan ilk təmasdır. İlk görüşdən sonra, tərəflərin Abaşidze-Karasin formatında keçmiş danışıqlarından sonra bir ilə yaxın bir fasilə infrastukturunun bərpası məqsədilə əməkdaşlıqları davam etdirəcəyi gözlənilir.