Rusiya Müdafiə Nazirinin Sabiq Müavini 10 İl Cəza Aldı

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Rusiya müdafiə nazirinin sabiq birinci müavini Ruslan Tsalikov, Moskvanın Zamoskvoretski rayon məhkəməsi tərəfindən 10 il müddətinə azadlıqdan məhrum edilib. Tsalikov, korrupsiya və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması ilə yanaşı, külli miqdarda mənimsəmə ittihamları ilə üzləşib.
Məhkəmənin qərarına əsasən, Tsalikov 500 milyon rubl məbləğində cərimə ödəməyə məcbur edilir. Onun azadlığa çıxdıqdan sonra 15 il müddətində dövlət qulluğu ilə bağlı vəzifələrdə çalışma imkanı yoxdur. Eyni zamanda, dövlət mükafatları və rütbələrindən də məhrum edilib.
Məhkəmə, Tsalikovdan Müdafiə Nazirliyinin mülki iddiasını təmin edərək 6,5 milyard rublun tutulmasını qərara alıb. O, 12 müxtəlif cinayət, o cümlədən çirkli pulların yuyulması və rüşvət alma epizodlarına görə təqsirli bilinib.
Proses zamanı Tsalikov məhkəmə zalında həbs edilib. O, indiyədək ev dustaqlığında olub, lakin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olacaq.
Qeyd edək ki, Ruslan Tsalikov 2015-2024-cü illərdə Rusiya müdafiə nazirinin birinci müavini vəzifəsində çalışan bir şəxsdır. İstintaqın məlumatına görə, cinayət işi 2017-2024-cü illərdə “Voentorq” şirkəti vasitəsilə hərbi qulluqçuların geyim və digər əşyalarının təminatı zamanı dövlət vəsaitlərinin mənimsənilməsi ilə əlaqəlidir.