Ezonn Xəbər

Xankəndi stadionunda ilk rəsmi futbol oyunu keçirildi

Xankəndi stadionunda ilk rəsmi futbol oyunu keçirildi
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Xankəndi şəhərində yerləşən stadionda Azərbaycan I Liqasının VIII turu çərçivəsində "Xankəndi" və "Karvan-Yevlax" komandaları arasında keçirilən ilk rəsmi futbol oyunu başa çatıb. Görüş, Yevlax təmsilçisinin 2:0 hesablı qələbəsi ilə nəticələnib. İlk hissəsi qolsuz tamamlanan qarşılaşmanın ikinci yarısında qonaq komandalar iki cavabsız qol vuraraq üç xal qazanıblar. Bu, Xankəndi şəhər stadionunun yenidənqurmadan sonra ilk rəsmi futbol oyunu olması ilə də yadda qalıb. Matçda təxminən iki min azarkeş iştirak edib. Oyun zamanı Azərbaycanın gənclər və idman naziri, Peşəkar Futbol Liqasının (PFL) rəsmiləri və futbol ictimaiyyətinin digər nümayəndələri də stadionda yer alıblar. Görüşün baş hakimi Kamranbəy Rəhimov olub. Ona yan xətt hakimləri Sənan Atayev və Vüqar Bayramov, dördüncü hakim isə Nazim Abdullayev kömək edir. Stadionun yenidənqurulmasından sonra baş tutan bu ilk oyun, Xankəndi futbolu üçün yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilir.