Ezonn Xəbər

Azərbaycanda 360 mindən çox təhsilalan ikinci və ya üçüncü növbədə oxuyur - Statistika

Azərbaycanda 360 mindən çox təhsilalan ikinci və ya üçüncü növbədə oxuyur - Statistika
Ezonn TV «BAKU.WS» mənbəsinə istinadən xəbər verir. 2025/2026-cı tədris ilinin əvvəlində Azərbaycanın ümumi təhsil müəssisələrində 360 843 nəfər ikinci və ya üçüncü növbədə oxuyur. Bu məlumat rəsmi statistikaya istinadən verilir. Son bir il ərzində bu göstəricidə əhəmiyyətli azalma qeydə alınıb. 2024/2025-ci il tədris ilinin əvvəlində ikinci və ya üçüncü növbədə dərslərə gələnlərin sayı 400 588 nəfər olub. Yəni, bir il ərzində bu say 39 745 nəfər azalıb ki, bu da ümumi payın 23.7 faizdən 21.6 faizə enməsi ilə nəticələnib. Ümumilikdə, 2025/2026-cı il tədris ilinin başlanğıcında Azərbaycanda fəaliyyət göstərən 4 179 ümumi təhsil müəssisəsinin 2 804-də dərslər bir növbədə, 1 375-də isə iki və ya üç növbədə keçirilir. İkinci və ya üçüncü növbədə oxuyanların sırasından 359 407 nəfərinin dövlət, 1 436 nəfərinin isə qeyri-dövlət təhsil müəssisələrində təhsil aldığı bildirilir. Eyni zamanda, Bakıda təhsil alanların 28.5 faizi ikinci və ya üçüncü növbəni seçib.