Ezonn Xəbər

Gürcüstanın yüksək rütbəli hərbi nümayəndə heyəti Azərbaycana gəldi

Gürcüstanın yüksək rütbəli hərbi nümayəndə heyəti Azərbaycana gəldi
Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir. Gürcüstan Müdafiə Qüvvələri komandanının müavini general-mayor İrakli Çiçinadzenin rəhbərlik etdiyi nümayəndə heyəti, "Eternity-2026" kompüter dəstəkli birgə komanda-qərargah təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etmək məqsədilə Azərbaycana gəlib. Müdafiə Nazirliyindən verilən məlumata görə, nümayəndə heyəti Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində general-leytenant Azər Əliyev ilə görüşüb. Görüş zamanı, Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə keçirilən bu təlimin regional təhlükəsizlik və hərbi əməkdaşlıq baxımından önəmli olduğu vurğulanıb. General-mayor İrakli Çiçinadze, səmimi qəbula görə təşəkkür edərək, təlimin yüksək peşəkarlıqla təşkil olunduğunu qeyd edib. O, həmçinin, birgə fəaliyyətlərin ordular arasında təcrübə mübadiləsini genişləndirməkdə mühüm rol oynadığını bildirib. Tərəflər, bölgədəki strateji və iqtisadi layihələrin etibarlı mühafizəsinin təşkili, eləcə də qərargahlar arasında operativ əlaqələndirmə məsələlərini müzakirə ediblər. Nümayəndə heyətinə "Eternity-2026" təliminin məqsədi, mərhələləri və təşkilati işlərlə bağlı ətraflı məlumat verilib. Sonda, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.