Ezonn Xəbər

Tbilisidə partlayış: 4 nəfərin meyiti tapılıb

Tbilisidə partlayış: 4 nəfərin meyiti tapılıb
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Bu gün Tbilisin Kvemo-Poniçala rayonunda yerləşən beşmərtəbəli bir yaşayış binasında baş verən partlayış nəticəsində 4 nəfərin meyiti dağıntılar altından çıxarılıb. Hadisə səhər saat 09:00 radələrində qeydə alınıb və ilkin məlumatlara görə, partlayışa qaz qızdırıcısının sıradan çıxması səbəb olub. Gürcüstanın Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, ilk mərhələdə iki nəfərin — bir qadın və bir uşağın meyiti tapılmışdı. İlerleyen saatlarda isə, daha iki nəfərin cəsədi aşkar olunub. Xilasedici qruplar, hələ də dağıntılar altında qalan 6 nəfərin axtarışlarını davam etdirir. Hadisənin baş verdiyi bölgədə axtarış-xilasetmə əməliyyatlarına xüsusi texnika, canlı qüvvə və xüsusi təlim keçmiş itlər cəlb edilib. Ancaq binanın istinad divarının uçma ehtimalı, əməliyyatları çətinləşdirir. Partlayış zamanı xəsarət almış 4 nəfər — biri uşaq olmaqla, xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir. Hadisə ilə bağlı cinayət işi açılıb və təhlükəsizlik qaydalarının pozulması maddəsi üzrə istintaq aparılır. Hadisədən sonra, binanın bir hissəsinin yaşayış üçün yararsız olduğu məlum olub. Bu səbəbdən, 28 ailənin müxtəlif hotellərə yerləşdiriləcəyi elan edilib.