Dirək aşdı, yüksək gərginlikli elektrik xəttləri 4 baş inəyin üstünə düşdü - VİDEO

Ezonn TV «Pravda.az» mənbəsinə istinadən xəbər verir.
Astara rayonunun Əzərüd kəndində yüksək gərginlikli elektrik dirəyi aşaraq 4 baş iribuynuzlu mal-qaranın üstünə düşüb. Hadisə nəticəsində heyvanlar dərhal tələf olub. Kənd sakini Sona Rəşidovaya məxsus olan mal-qaranın başına gələn bu qəza, bölgədəki elektrik infrastrukturunun vəziyyətinə diqqət çəkir.
Sakinlər bildirirlər ki, elektrik dirəklərinin qəzalı vəziyyətdə olması ilə bağlı dəfələrlə Astara Rayon İcra Hakimiyyətinə, Astara Elektrik Şəbəkəsinə və "Azərişıq" ASC-nin 199 Çağrı Mərkəzinə müraciət edilib. Lakin bu müraciətlərə baxan olmayıb, kənddə təhlükə aradan qaldırılmayıb.
Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsindən verilən məlumata görə, hadisə baş verən ərazidəki transformator kənd məktəbinin balansındadır və həmin transformator tərəfindən təmin edilən yüksək gərginlikli elektrik xətləri məktəbi elektriklə təmin edir. Bu xətlərin 30 dirək üzərindən keçir.
Qurumun nümayəndələri, məktəbə cavabdeh olan təşkilatın müraciəti ilə dirəklərin yerinin dəyişdirilə biləcəyini qeyd ediblər. Kənd sakinləri isə, bu hadisənin təkrarlanmaması üçün daha aktiv tədbir görülməsini tələb edirlər.
Xezerxeber.az isə mövzunun ətrafında daha ətraflı videomaterial təqdim etdi.