Hörmüz boğazında neft tankeri minaya düşüb

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Hörmüz boğazında bir neft tankerinin minaya düşməsi ilə nəticələnən bir hadisə baş verib. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hadisəni təsdiqləyərək, gəmidə yanğın baş verdiyini bildirir. Hadisənin baş verdiyi anın bir saat əvvəl olduğu qeyd edilir.
SEPAH-ın məlumatına görə, hadisə Hörmüz boğazının şərqindəki qadağan olunmuş ərazidə baş verib. Həmin ərazidə qaydaları pozaraq dəniz minasına çırpılan tanker dayandırılıb.
Naviqasiya sistemlərinin söndürüldüyünü iddia edən SEPAH, bu strateji keçiddən istifadə edən gəmilərin İran Silahlı Qüvvələri ilə koordinasiyanı həyata keçirməli olduqlarını vurğulayıb. Onlara icazə verilən dəniz yolları ilə hərəkət etmələri və marşrut boyunca tanınma, izləmə sistemlərini aktiv saxlamaları tövsiyə edilib.
Son illərdə bu cür hadisələrdə İran tərəfi neft tankerlərinin minaya düşdüyünü, beynəlxalq tərəflər isə gəmlərin naməlum mərmi ilə vurulduğunu iddia edir. Bu, regiondakı dəniz təhlükəsizliyinə dair güclü narahatlıqlar yaradır.