Ezonn Xəbər

ABŞ Rusiyanı Ukraynanın təhlükəsizliyi ilə bağlı razı salıb

ABŞ Rusiyanı Ukraynanın təhlükəsizliyi ilə bağlı razı salıb
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. ABŞ, Moskvanı Ukraynanın müharibədən sonrakı təhlükəsizliyi ilə bağlı müzakirələrdə razı salmağı bacarıb. Bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Berlində keçirilən “İstəkli ölkələr koalisiyası” sammitində məlumat verib. Kuşnerin bildirdiyinə görə, istənilən razılaşmalar NATO Nizamnaməsinin kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsi ilə eyni prinsiplərə əsaslanmalıdır. Rusiyanın bu cür təhlükəsizlik zəmanətlərini “qəbulolunan” saydığı vurğulanıb, lakin rəsmi Moskvanın belə yanaşmaya qarşı “böyük şübhə və etimadsızlıq” bəslədiyi də qeyd edilib. Eyni zamanda, Kuşner Avropa ilə Rusiya arasında dialoqun bərpasının zəruriliyini vurğulayıb. "Amerikanın mövqeyinə görə, 5-ci maddəyə bənzər təhlükəsizlik zəmanətlərinin verilməsi çox vacibdir. Prezident Tramp bununla razıdır, lakin bu, ABŞ-ın maraqlarına uyğun olmalı və daha geniş təhlükəsizlik tədbirləri paketinin tərkib hissəsi olmalıdır" - deyə Cared Kuşner əlavə edib.