“Bitcoin”in qiyməti 62 min dollardan aşağı düşüb

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Kriptovalyuta bazarında qiymətlərin azaldığı müşahidə olunur. Son 24 saat ərzində “Bitcoin”in qiyməti 2,54% azalaraq 61,819.58 ABŞ dollarına enib. Bu azalma, son bir həftədə 10,29%, son 30 gündə isə 25,27% olması ilə müşayiət olunur.
“CoinMarketCap” platformasında yayımlanan məlumatlara əsasən, “Bitcoin”in indiki bazar kapitallaşması 1,24 trln. dollar təşkil edir. “Ethereum” 3,66% azalmayla 1,734.84 dollar, “Zcash” 7,03% azalmayla 860.61 dollar, BNB isə 2,08% azalmayla 572.79 dollar qiymətinə düşüb.
Digər kriptovalyutalar arasında “Monero” 1,98% enərək 492.61 dollar, “Bitcoin Cash” 0,66% azalaraq 205.46 dollar, “Bittensor” 3,62% enərək 187.71 dollar və “Quant” isə 5,79% azalaraq 142.43 dollara düşüb.
Qızıl təminatlı kriptovalyutalarda da daha ciddi qiymət azalmaları qeydə alınıb. Belə ki, “Tether Gold” 4,70% enərək 3,541.07 dollar, “PAX Gold” isə 4,64% azalmayla 3,541.02 dollar qiymətinə düşüb.
Analitiklərin fikrincə, ABŞ-da dekabr ayında gözlənilən faiz artımları, dolların güclənməsi və dövlət istiqrazlarının gəlirliliklərinin artması enişin səbəblərindəndir. Noyabr ayında ABŞ-da spot “Bitcoin” ETF-lərindən 2,9 mlrd. dollar həcmində vəsait çıxışı da bazara təzyiq edərək, qiymətlərin aşağı düşməsinə səbəb olub.