Dini mənsubiyyət bölgüsündə ciddi dəyişikliklər: Müsəlmanlar xristianları üstələyə bilər

Ezonn TV «Publika.az» mənbəsinə istinadən xəbər verir.
Dünya üzrə dini mənsubiyyət bölgüsündə əhəmiyyətli dəyişikliklərin baş verəcəyi gözlənilir. ABŞ-ın Pew Research Center araşdırma mərkəzinin yayımladığı proqnoza əsasən, 2035-ci ildə müsəlman əhalisi ilk dəfə xristianları üstələyə bilər. 2035-ci ildə dünyadakı müsəlmanların sayının 2,57 milyarda, xristianların sayısının isə 2,52 milyarda çatacağı gözlənilir.
Müsəlman əhalisinin artımının əsasən İslamın çoxluq təşkil etdiyi ölkələrdə baş verəcəyi diqqətə çatdırılır. Məsələn, 2020-ci ildə 53 ölkədə müsəlmanların sayının 2070-ci ilədək 1,2 milyard artacağı proqnozlaşdırılır. Bu, dünya üzrə ümumi artımın 74 faizini təşkil edir.
Ölkələr üzrə proqnozlara da nəzər yetirildikdə, Pakistanın diqqət çəkdiyini görüruq. Belə ki, burada müsəlmanların sayı 2020-ci ildən 2070-ci ilə qədər 227 milyondan 461 milyona yüksələcək. Nigeriyada isə müsəlmanların sayının 282 milyona çatacağı gözlənilir.
Müsəlman əhalisinin sürətli artımının səbəbləri arasında doğum səviyyəsindəki fərq ön plana çıxır. 2020-2025-ci illərdə müsəlman qadınlarının orta hesabla 3,1, xristian qadınların isə 2,5 uşaq dünyaya gətirdiyi hesablanıb. Eyni dövrdə Avropada müsəlmanların əhalidəki payının 2020-ci ildən 6 faizdən 12,7 faizə yüksələcəyi proqnozlaşdırılır.
Araşdırmaya əsasən, 2020-ci ildə ABŞ-da xristianların sayının 217 milyondan 2070-ci ildə 174 milyona qədər azalması da diqqət çəkir. Bu, insanların kilsə ilə əlaqələrinin zəifləməsi, əhalinin yaşlanması və ölüm sayının doğum sayını üstələməsi ilə izah edilir.